DünyaSiyasət

Zelenski Rusiya ilə iş görən şirkətlərə və şəxslərə sanksiya tətbiq edir

Vladimir Zelenski öz Telegram kanalında Rusiya ilə iş aparan bəzi ölkələrdən olan 167 şirkət və şəxslərə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, Kanadanın tətbiq etdiyi sanksiyalarla sinxronizasiya çərçivəsində siyahıya 139 fiziki və hüquqi şəxs əlavə edilib. Ukrayna müstəqil olaraq müxtəlif ölkələrin daha 28 vətəndaşına qarşı sanksiya tətbiq edib.

Zelenski mütəmadi olaraq Rusiyanın fiziki və hüquqi şəxslərinə, habelə digər ölkələrin vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar haqqında fərmanlar imzalayır.

O vurğulayıb ki, Rusiyaya öldürməyə davam etməyə və gələcək təcavüz üçün hərbi maşın qurmağa kömək edənlərin hamısı dünyanın real təzyiqini hiss etməlidir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynalı generaldan etiraf: “Rus ordusu özünə gəlib, vəziyyət pisdir”

admin

Türkiyə-Rusiya-Çin alyansı – blef, yoxsa ortaq təhdidə qarşı birgə mübarizə?

admin

O, hansı ölkəyə səfər edibsə, Çin həmin dövlətin rəsmilərinə etirazını bildirib.

admin