13 C
Bakı
24 Mart 2026 17:18
CəmiyyətQalmaqalŞikayət

Maraqlıdır – Azərbaycan da Rusya da bunu etməyib, amma deputatımız Rusiyanı qınayır.

Bir az əvvəl qarşıma bir xəbər çıxdı. Xəbərin başlığı belədir: “Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir?”. Bir neçə deputat və ekspert də bu mövzuda şərh bildirib.

Hətta deputatlardan biri obrazlı desək, Rusiyanı ağ yuyub, qara sərib. Deyib ki, Rusiya BMT-nin Yerli xalqların hüquqları bəyannaməsini dəstəkləməyib, İLO-nun 169-cu konvensiyasını da ratifikasiya etməyib. Üstəlik bunu da “ar olsun”, “utanıb ölmürlər” tərzində deyib.

Deməyinə düz deyib, amma girib araşdırırsan ki, elə Azərbaycan özü də bu sənədləri nə dəstəkləyib, nə də ratifikasiya edib.

Öz-özünə düşünürsən ki, mən nə oxudum. Cənab deputat görəsən “informasiya müharibəsi”ni Rusiya ilə aparır, yoxsa Azərbaycan oxucusu ilə? Maraqlıdır

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

“Əxlaqsızlıq baş alıb gedir və onların daşıyıcıları bu gün meydan sulayır” – Baba Vəziroğlu

redaktor

Nizami Cəfərov: “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik”

redaktor

Rəis sürücünü “Olar səni qucaqlayım?” şeirinə görə İŞDƏN QOVDU – VİDEO

redaktor