22.5 C
Bakı
29 İyun 2026 03:22
DünyaSiyasət

Overçuk: “Rusiya “Tramp marşrutu”nun yaradılmasında Ermənistanı dəstəkləyir”

“Əgər İrəvan zəruri bunu hesab edirsə, Rusiya Azərbaycanla “Tramp marşrutu” (TRIPP) adlı nəqliyyat dəhlizi yaratmaq planlarında Ermənistanı dəstəkləyir”.

Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Biz bu müstəvidə bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir və əgər o, nəyinsə onun üçün xeyirli olduğuna inanırsa, təbii ki, biz burada Ermənistanı dəstəkləyirik”, – deyə Overçuk müvafiq sualı cavablandırıb.

“Əgər onlar hesab edirlər ki, Vaşinqtonda müvafiq bəyannamənin imzalanması daha böyük təhlükəsizlik zəmanətləri verir, bu, yaxşıdır, çünki biz də eyni şəkildə Cənubi Qafqazda sülh proseslərini dəstəkləyirik”, – deyə Overçuk əlavə edib.

Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının maraqlarına “bütünlüklə və tam şəkildə cavab verir”.(TASS)

 

Tacxeber.com

Oxşar xəbərlər

Aygün Attar: “İran Qarabağın işğalına rəğmən, Ermənistana dəstək olub”

redaktor

Deputat: Azərbaycanda bir “Tiktoker” var – Əli Kərimli

redaktor

Ukraynada qanlı gecə: 400 rus hərbçisi məhv edildi.

admin