10 C
Bakı
23 Aprel 2026 22:22
DünyaSiyasətTarix

Tarixi geri qaytarmaq xəyali reallaşır?

Vladimir Putin artıq sadəcə dövlət başçısı deyil. O, özünü “böyük bərpaçı” kimi göstərmək istəyir, amma əslində ölkəsini siyasi təcridə və iqtisadi uçuruma sürükləyir. Bu gün ABŞ-ın Alyaska ştatında keçiriləcək görüşdə Sergey Lavrovun SSRİ rəmzləri ilə görünməsi təkcə şəxsi jest deyil; bu, Putinin ideoloji xəttinin açıq nümayişidir.

Putin hakimiyyətini Sovet imperiyasının xəyalı üzərində qurur, amma bunun üçün Rusiya xalqını hərbi avantüralara, beynəlxalq sanksiyalara və daxildə repressiyalara məhkum edib. Ukrayna, Gürcüstan, Moldova bütün addımlar köhnə imperiyanın sərhədlərini bərpa etməyə xidmət edir. Amma Rusiya xalqı rifah görmür; əksinə yoxsulluq və məhdud imkanlarla üz-üzə qalır.

Diplomatiya Putinin üçün artıq razılaşmaq deyil; bu, güc nümayişi və keçmişi diriltmək teatrıdır. Tarixi geriyə çevirmək mümkün deyil. Sovet İttifaqı dağılıb və onun “qayıdışı” yalnız Kreml elitasının fantaziyalarında yaşayır.

Lavrovun köynəyindəki SSRİ yazısı Putinin siyasətinin simvolik xülasəsidir: köhnə xəritələrə baxaraq gələcəyi məhv etmək. Bu jest, Putinin dünyaya baxışını açıq şəkildə göstərir. Alyaskadakı görüş isə Ukrayna məsələsini həll etmək üçün deyil; o, yalnız Putinin siyasi gücünü nümayiş etdirmək üçündür. Tarixi geri qaytarmaq xəyali idealdır, nəticəsi isə yalnız Rusiya üçün fəlakətdir.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

“Paşinyan KTMT-dən çıxmaqla bağlı qərar qəbul edə bilməz” – Lukaşenko

redaktor

AB Ukraynaya 1 milyard avro ayırdı

redaktor

Prezidentliyə namizəd olmaq istəyən Əkrəm İmamoğlunun universitet diplomu ləğv edilib.

admin