29 C
Bakı
11 Avqust 2025 12:50
DünyaSiyasət

Zelenski: Ukraynanın yenidən parçalanmasına imkan verməyəcəyik

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə mümkün atəşkəs razılaşması ilə bağlı açıqlama verib.

Tacxeber.comxəbər verir ki, Telegram-da videomüraciət şəklində açıqlama verən Ukrayna prezidenti Avropa ölkələri ilə məsləhətləşdiklərini bildirib və bu ölkələrə təşəkkürünü bildirib.

Ukraynadakı müharibənin ədalətli şəkildə bitməli olduğunu deyən Zelenski ölümlərin dayandırılması üçün dərhal atəşkəsə ehtiyac olduğunu və Rusiya prezidenti Vladimir Putindən başqa hamının bunu dəstəklədiyini bildirib.

Ukrayna lideri bəyan edib ki, Putinin münaqişəni dondurmaq istəyi yanlışdır və müharibəyə həqiqətən son qoymaq üçün addımlar atılmalıdır.

Putinin münaqişəni dondurmağa və zəbt etdiyi əraziləri qanuniləşdirməyə çalışdığını bildirən Zelenski Putinin daha əvvəl Krımı işğal etdiyini, daha sonra isə Donetsk və Luqanskı ələ keçirdiyini ifadə edərək, “Putin Xerson, Zaporojya, Luqansk, Donetsk işğalına görə bağışlanmaq istəyir və Ukraynanın ikinci dəfə bölünməsinə imkan verməyəcəyik” dedi.

 

Tacxeber.com

Oxşar xəbərlər

İstanbulda böyük zəlzələ olacaq? – Türkiyəli professordan açıqlama

redaktor

Balıq konservalarında civə aşkarlandı Bazarlardan yığışdırılır

admin

Morqan Frimen bu səbəbdən sırğa taxırmış

redaktor