11 C
Bakı
29 Mart 2026 11:34
DünyaSiyasət

Rusiya və BƏƏ prezidentlərinin görüşündə Ramzan Kadırovun oğlu iştirak edib

Bu gün Kremlin ev sahibliyi etdiyi Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümayəndə heyətlərinin görüşündə Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov da iştirak edib. Bu barədə RIA Novosti məlumat yayıb.

Qeyd olunur ki, Ramzan Kadırovun özü də Rusiya nümayəndə heyətinin tərkibində yer alıb.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin və BƏƏ Prezidenti Məhəmməd bin Zayid Əl Nəhyan iştirak edirlər. Tərəflər iki ölkə arasında çoxtərəfli əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edirlər.

Rusiya Prezidenti Vladimir Putin görüş zamanı Rusiya və BƏƏ arasında qarşılıqlı investisiyaların artdığını da vurğulayıb.

Xatırladaq ki, Ramzan Kadırov bir müddət əvvəl Putin və Tramp arasında keçiriləcək görüşlə bağlı da fikirlərini bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Ukraynaya Rusiyaya zərbələrdə kömək etməyə qərar verib, amma…

redaktor

Həbib Nurməhəmmədov ABŞ təyyarəsindən qovuldu – VİDEO

admin

Vahid Əhmədov Vasif Talıbov haqda danışdı: “Həbs olunmalı, hər şeyi əlindən alınmalıdır” – VİDEO

redaktor