27 C
Bakı
16 Avqust 2026 11:11
DünyaSiyasət

Rusiya və BƏƏ prezidentlərinin görüşündə Ramzan Kadırovun oğlu iştirak edib

Bu gün Kremlin ev sahibliyi etdiyi Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümayəndə heyətlərinin görüşündə Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov da iştirak edib. Bu barədə RIA Novosti məlumat yayıb.

Qeyd olunur ki, Ramzan Kadırovun özü də Rusiya nümayəndə heyətinin tərkibində yer alıb.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin və BƏƏ Prezidenti Məhəmməd bin Zayid Əl Nəhyan iştirak edirlər. Tərəflər iki ölkə arasında çoxtərəfli əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini, həmçinin Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edirlər.

Rusiya Prezidenti Vladimir Putin görüş zamanı Rusiya və BƏƏ arasında qarşılıqlı investisiyaların artdığını da vurğulayıb.

Xatırladaq ki, Ramzan Kadırov bir müddət əvvəl Putin və Tramp arasında keçiriləcək görüşlə bağlı da fikirlərini bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Putinin ultra-vətənpərvərinin gizli sərvəti

redaktor

Xumargözlü Zaxarova Türkiyəni hədələdi

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin