25.7 C
Bakı
13 İyun 2026 22:30
DünyaMaraqlıSiyasətTarix

“D. Tramp müharibəyə başlamamış yeganə ABŞ prezidentidir” İ. Əliyev bu iddiasında haqlıdırmı?

Prezident İlham Əliyev iddia edib ki, Donald Tramp yeni müharibəyə başlamamış yeganə ABŞ Prezidentidir. Tacxeber.com  xəbəbr verir ki, “Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

ABŞ formal müharibələri çox nadir hallarda elan edir. Belə ki, quruluşundan bəri ABŞ yalnız 5 dəfə rəsmi şəkildə müharibə elan edib.

ABŞ son onilliklərdə müharibələrə əsasən rəsmi elan olmadan, ya Konqresin “hərbi gücdən istifadə səlahiyyəti” (AUMF) əsasında, ya da birbaşa prezidentin göstərişi ilə daxil olub. Məsələn, Vyetnam, Əfqanıstan və İraq müharibələri bu qəbildəndir.

Trampın prezidentliyi dövründə ABŞ İran generalı Qasim Süleymanini 2020-ci ildə Bağdadda öldürüb, 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirib və Yəməndə yerləşən Husiləri 6 həftə bombardman edib. Bu əməliyyatlar rəsmi müharibə olmasa da, faktiki hərbi qarşıdurma və eskalasiya nümunələridir.

Rəsmi hesablamalara görə, Trampın 2025-ci ilin yanvar ayında prezident səlahiyyətlərini icra etməyə başladığı tarixdən iyul ayına kimi, yəni 5 ay müddətində ABŞ 240 ərazini 529 dəfə bombalayıb.

Donald Trampı yeganə “müharibəyə başlamamış Prezident” kimi təqdim etmək tarixi baxımdan da yanlışdır. Belə ki, 1950-ci ildən sonra ən azı üç prezident ABŞ-ni yeni müharibəyə cəlb etməyib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin iddiası yanlışdır.

 

Oxşar xəbərlər

Ümid verən kəşf: Xərçəngin bədənə yayılmasına mane olan maddə tapıldı

redaktor

Lukaşenko ruslara Ukraynanı vurmağa kömək edir.

admin

ABŞ və Çin liderləri ilk dəfə görüşüb

redaktor