22 C
Bakı
14 Sentyabr 2026 01:49
DünyaSiyasət

Kiyevə hücum Putinin Trampa cavabıdır – Mobbs

Kreml lideri Vladimir Putin bu yolla ABŞ-ın qətiyyətini və gücünü sınayır.

Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun qızı Meqan Mobbs Rusiyanın Kiyevə son kütləvi hücumunu şərh edərkən deyib.

“Kiyev kütləvi PUA hücumuna məruz qalıb. Şübhə etməyin, bu, Putinin Prezident Trampın verdiyi müddətə cavabıdır. O, ABŞ-ın qətiyyətini və gücünü sınayır. Çarəsiz qalmamalıyıq”, – o bildirib.

Qeyd edək ki, ötən gecə Rusiya Kiyevə kütləvi hücum həyata keçirib, nəticədə 6 nəfər ölüb, 50-dən çox yaralı var.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Zelenskini Rusiya dizel mühərriklərinə hücumları dayandırmağa çağırıb

redaktor

BRİCS yüz dəfə də toplaşsa, ciddi siyasi və iqtisadi güc mərkəzinə çevrilə bilməyəcək

redaktor

“Rusiya bir həftədə Ukraynaya 2100 dron və 78 raket atıb”

redaktor