19 C
Bakı
08 Oktyabr 2026 04:35
DünyaSiyasət

İsveç Trampın Ukraynanı silahlandırmaq planına qoşulub

İsveç ABŞ prezidenti Donald Trampın NATO vasitəsilə Ukraynaya silah tədarükü planına töhfə verəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Paul Johnson deyib.

Trampın Kiyevə hərbi yardım elan etməsinə münasibət bildirən Conson “İsveç üzərinə düşəni edəcək” deyib.

Bununla belə, nazir hansı növ töhfənin nəzərdə tutulduğunu açıqlamayıb.

Qeyd edək ki, iyulun 14-də Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə ABŞ və Şimali Atlantika Alyansının Avropa ölkələrinin hesabına Ukraynaya Amerika silahlarının tədarükü barədə razılığa gəldiyini açıqlamışdı. Trampın sözlərinə görə, NATO vasitəsilə Kiyevə hərbi yardımın həcmi milyardlarla dollar təşkil edəcək. Ağ Ev rəhbəri əlavə edib ki, Avropa “bu müharibəyə ciddi yanaşır” və silahlar “tezliklə döyüş meydanında olacaq”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor