14 C
Bakı
07 Noyabr 2025 21:24
DünyaSiyasət

Tramp sui-qəsd cəhdindən danışdı – “Əgər bunu etməsəydi…”

ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə bir il əvvəl ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən ümumilikdə razı olduğunu bildirib.

Tacxeber.com xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində məsələ ilə bağlı sualı cavablandırarkən deyib: “Mən dəfələrlə həm FTB, həm də Məxfi Xidmət tərəfindən məlumatlandırılmışam. Onlar mənə məlumat veriblər və mən bundan razıyam”.

Amerika lideri sui-qəsdin onun müdafiəsinə cavabdeh olan şəxslərin bir neçə səhvinin nəticəsi olduğuna diqqət çəkib.

Tramp cinayətkarı tez aradan qaldırmağı bacaran snayperi də qeyd edib. “Bizim snayperimiz onu beş saniyədən az bir müddətdə bir atışla uzaq məsafədən vura bildi. Əgər bunu etməsəydi, vəziyyət daha da pis olardı”, – deyə o vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

İran İsraillə müharibəyə girsə… – Fəlakət ssenarisi

admin

Bu gecə də Ukrayna PUA-ları Rusiyaya şəhərlərinin yuxusunu “haram edib”.

admin

Trampın inaqurasiyası üçün toplanan məbləğ rekord həddə çatdı- 170 milyon dollar

admin