CəmiyyətDigərDünya

Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir – MEDİA

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın müdafiə naziri və xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair “deep fake” texnologiyaları ilə hazırlanıb, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında deyilir.

MEDİA qeyd edir ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir:

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep feyk” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Barak Obamanın qardaşı onun Nobel Sülh Mükafatını almasından təəccüblənib

redaktor

Sabaha olan hava proqnozu

redaktor

Tramp: “Prezidentlik dövrüm ABŞ tarixində “qızıl dövr” olacaq” – VİDEO

redaktor