15 C
Bakı
24 Mart 2026 14:48
DünyaSiyasət

Fransa: Rusiya bizim üçün əsas və yaxın təhlükəyə çevrilib

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burkar Rusiyanın Fransa üçün daimi, yaxın və ən mühüm təhlükə olduğunu bəyan edib. Bu barədə o, 11 iyulda keçirdiyi mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, Moskva Fransanı açıq şəkildə Avropada əsas rəqib adlandırıb və bu qarşıdurmanın əlamətləri artıq bir çox sahələrdə hiss olunur:

“Ağıllı davranmalıyıq. Biz, yəqin ki, birbaşa və kütləvi hücuma məruz qalan ölkə deyilik. Lakin başqa formalar mümkündür – xüsusilə də hibrid müharibə şəklində. Bu isə o deməkdir ki, biz faktiki olaraq bütün sahələrdə – kosmosda, kiberməkanda və okean dərinliklərində qarşıdurma ilə üz-üzəyik“, – deyə general bildirib.

Burkar həmçinin vurğulayıb ki, bu təhlükə hərbi toqquşmadan daha çox çoxşaxəli və çoxmərhələli müharibə formasında özünü göstərir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Frank Kaprioya niyə “dünyanın ən yaxşı hakimi” adlandırılır?

redaktor

Aİ bu həftə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul etməyi planlaşdırır

admin

Körfəz böhranı ilə bağlı xəbərlər həddindən artıq şişirdilir.

redaktor