24 C
Bakı
06 İyul 2025 09:33
DünyaGündəmHadisəŞikayətSiyasət

Avropa buna göz yumursa, deməli, neft təkcə planetimizi deyil, ədaləti də çirkləndirir.

Hal-hazırda İsveçrə hökümətinə sığınmış keçmiş siyasi məhbus, müstəqil jurnalist, siyasi mühacir Bəhruz Əliyev maraqlı Bəyanat paylaşıb.

Tacxeber.com olaraq həmin bəyanatın mətnini olduğu kimi təqdim edirik:

 

BƏYANAT

(Beynəlxalq ictimaiyyətə və insan haqları təşkilatlarına çağırış)

Mən, Bəhruz Əliyev, Azərbaycanda dörd il siyasi məhbus həyatı yaşamış, azadlığa çıxdıqdan sonra müstəqil jurnalist fəaliyyətim səbəbilə təqib və təhlükələrlə üzləşərək 2023-cü ilin oktyabr ayında İsveçrəyə sığınmış bir siyasi mühacirəm.

2024-cü ilin may ayında sığınacaq prosedurum çərçivəsində ikinci müsahibəm keçirilmişdir. Lakin həmin tarixdən bu günə qədər, artıq bir ildən çox müddətdir ki, İsveçrə Miqrasiya Xidməti mənim işimlə bağlı heç bir qərar, əsaslandırma və ya rəsmi açıqlama verməmişdir. Bir ay əvvəl bu haqsızlığa son qoyulması və vəziyyətimə dair cavab verilməsi üçün quruma rəsmi məktubla müraciət etmişəm. Bu müraciət də cavabsız qalmışdır.

Bu artıq texniki bir gecikmə deyil, bu, fundamental insan hüquqlarının açıq şəkildə pozulması, bir şəxsin qeyri-müəyyənlik içində susdurulması və faktiki olaraq azadlığının məhdudlaşdırılmasıdır.

Bu bəyanat vasitəsilə İsveçrə ictimaiyyətinə, medianın azadlığını və insan haqlarını müdafiə edən beynəlxalq təşkilatlara və hüquq müdafiəçilərinə müraciət edirəm:

İsveçrə Miqrasiya Xidməti məni hazırda siyasi əsir kimi saxlayır.

İlham Əliyev rejimi ölkə daxilində müstəqil medianı tamamilə susdurduqdan sonra indi də xaricdəki tənqidçi səsləri, neft pulları, diplomatik təzyiqlər və iqtisadi maraqlar vasitəsilə, boğmağa çalışır. İsveçrənin bu təzyiqlər qarşısında susması isə yalnız rejimləri deyil, həqiqəti müdafiə edən jurnalistləri cəzalandırır.

Buradan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Amnesty International, Human Rights Watch, Reporters Without Borders (RSF) və digər vicdanlı insan haqları qurumlarını bu məsələyə dərhal müdaxilə etməyə çağırıram. İsveçrə hökuməti və Miqrasiya Xidməti bu qanunsuzluğa son qoymalı, beynəlxalq hüquq və insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.

Əgər Avropa bu cür hallara göz yumursa, deməli, neft təkcə planetimizi deyil, ədaləti də çirkləndirir.

Mən jurnalistəm. Mənim silahım qələmdir. Bu qələmi susturmaq, azad düşüncəni, insan haqlarını və həqiqəti boğmaq cəhdidir.

Sözüm var.

Və nə İsveçrə, nə də Azərbaycan hakimiyyəti bu sözün səsini kəsə bilməyəcək.

Keçmiş siyasi məhbus, müstəqil jurnalist, siyasi mühacir – Bəhruz Əliyev

İsveçrə, 2025

Tacxeber.com

Oxşar xəbərlər

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı VƏFAT ETDİ

redaktor

İlon Maska növbəti ZƏRBƏ

redaktor

Azərbaycan XİN Qətəri təbrik edib

redaktor