23 C
Bakı
06 Oktyabr 2025 14:50
CəmiyyətGündəmHadisəQalmaqalSiyasət

Artıq masaya daha ciddi kompramatlar qoyulur.

Azərbaycan prezidenti İlham Əliyevin oğlu, 27 yaşlı Heydər Əliyevin adına qeydiyyatda olan Moskva yaxınlığındakı dəbdəbəli villa ilə bağlı vergidən yayınma faktı ictimailəşib.

Söhbət Moskva vilayətində yerləşən və Rusiyanın ən elitar yaşayış məkanlarından biri sayılan “Mayendorf Bağları” adlı bağlar massivində yerləşən, təxminən 1600 kvadratmetr sahəyə malik malikanədən gedir. Əmlakın dəyəri təxminən 2,7 milyard rubl (təxminən 35 milyon ABŞ dolları) olaraq qiymətləndirilir.

Rusiya vergi orqanlarının yaydığı məlumata görə, Heydər Əliyevin bu əmlakla bağlı 946 min rubl (təxminən 10.500 ABŞ dolları) vergi borcu yaranıb.

Belə görünür ki, Əliyevlərin zəif nöqtələri artıq masaya qoyulur. Rusiya bu addımı ilə yalnız maliyyə deyil, siyasi mesaj da verir. Əgər Bakıdan Moskvanı razı salacaq siyasi jestlər gəlməzsə, bu cür kompromatların ardı gələ bilər.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Vəkili: Kərimov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyülüb .

admin

Azay Quliyev: “DTX-nın İran casuslarını ifşa etməsi ciddi uğurdur”

redaktor

Türkiyə şirkəti Ukraynada səsdən sürətli PUA istehsal etməyi planlaşdırır.

admin