24.2 C
Bakı
08 İyun 2026 16:31
CəmiyyətGündəmHadisəQalmaqalSiyasət

Artıq masaya daha ciddi kompramatlar qoyulur.

Azərbaycan prezidenti İlham Əliyevin oğlu, 27 yaşlı Heydər Əliyevin adına qeydiyyatda olan Moskva yaxınlığındakı dəbdəbəli villa ilə bağlı vergidən yayınma faktı ictimailəşib.

Söhbət Moskva vilayətində yerləşən və Rusiyanın ən elitar yaşayış məkanlarından biri sayılan “Mayendorf Bağları” adlı bağlar massivində yerləşən, təxminən 1600 kvadratmetr sahəyə malik malikanədən gedir. Əmlakın dəyəri təxminən 2,7 milyard rubl (təxminən 35 milyon ABŞ dolları) olaraq qiymətləndirilir.

Rusiya vergi orqanlarının yaydığı məlumata görə, Heydər Əliyevin bu əmlakla bağlı 946 min rubl (təxminən 10.500 ABŞ dolları) vergi borcu yaranıb.

Belə görünür ki, Əliyevlərin zəif nöqtələri artıq masaya qoyulur. Rusiya bu addımı ilə yalnız maliyyə deyil, siyasi mesaj da verir. Əgər Bakıdan Moskvanı razı salacaq siyasi jestlər gəlməzsə, bu cür kompromatların ardı gələ bilər.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Putin 10 gündən çoxdur kamera qarşısına çıxmır: Aqlaonema, Qolikovanın manikürü

redaktor

“İş adamı dedi ki, pulumu, qır-qızılımı oğurlayıblar, tapmaqda mənə köməklik et”- İllüzionist Tofiq İsgəndərli-FOTOLAR

admin

Bu dəqiqlikdə əməliyyat keçirə biləcək üçüncü bir ölkə yoxdur

admin