30 C
Bakı
29 İyun 2025 15:04
CəmiyyətGündəmHadisə

Həbsdə olan siyasi məhbusdan digər həbsdə olan siyasi məhbusa ad günü təbriki.

Həbsdə olan siyasi məhbus Akif Qurbanovdan həbsdə olan digər siyasi məhbus Ramil Babayevə ad günü təbriki

“Doğum günün mübarək, dəyərli Ramil bəy!

Bu dəmir barmaqlıqlar, qalın divarlar sənin azadlığını əlndən ala bilər, amma inamını yox, səsini yox, haqqın tərəzisində ucalan vicdanını yox…

Sən gəncsən – gənc, amma düşüncələrin qocaman bir xalqın yükünü daşıyacaq qədər yetkindir. Bu torpağın əsil neməti, haqsızlığa susmayan, dəyərlərinə sadiq, insan haqlarına bağlı, millətin azad sabahını yazmağa gəlmiş gənclərindənsən.

Səninlə eyni taleni, eyni məkanı, eyni məhrumiyyətləri paylaşırıq. Amma ən çox bir məfkurəni, bir amalı bölüşürük: Azad, ədalətli və ləyaqətli bir Azərbaycan arzusu!

 

Sənin hər bir sözündə qətiyyət, hər bir baxışında dirəniş var. Mən səni sadəcə bir məhbus yoldaşı kimi yox, bir dövrün şüurlu və işıqlı gənci kimi görürəm. Bu mübarizənin tarixi yazılacaqsa, orada sənin adın vicdanla, qürurla çəkiləcək.

Bu gün sənə nə hədiyyə edə bilərəm, Ramil? Dəmir barmaqlıqlar arxasından azadlıq vəd edə bilmərəm, amma sarsılmaz həmrəylik, inam, və sənin işıqlı yoluna inamımı verə bilərəm.

Bu gün azad deyilik, bəli. Amma haqlı olduğumuzu bilmək – bizə azadlıqdan daha böyük güc verir.

Doğum günün mübarək, qardaşım. Bütün qaranlıqlara baxmayaraq, bir gün mütləq işıq doğacaq!”

 

Səninlə eyni zindanı bölüşən Akif Qurbanov

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Dağlının vəkili yeni ittihamla bağlı iddialara aydınlıq gətirdi – VİDEO

redaktor

İskəndərun limanında zəlzələdən sonra yanğın başlayıb

redaktor

Pensiyalar nə qədər artacaq? – AÇIQLAMA

redaktor