28 C
Bakı
17 Avqust 2026 18:13
CəmiyyətHadisə

“Azərbaycanfilm” kinostudiyasında PARTLAYIŞLA bağlı ilkin STATİSTİKA

Ötən gecə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Tacxeber.comxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb.

Taxta qutularda yığılan digər pirotexniki vasitələr, üç ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin

“Sumqayıt”ın oyunçusu özünə xəsarət yetirdi – Karyerası bitə bilər

admin

Şah İsmayıl Xətai Allahsız idimi?

redaktor