20 C
Bakı
24 İyun 2025 03:08
Dünya

İran Qərbi Azərbaycana ordu və texnika toplayır

İran Qərbi Azərbaycana ordu və texnika toplayır

İran Qərbi Azərbaycana ordu və texnika toplayır

İran hökuməti Kürdüstan və Qərbi Azərbaycana ordu birlikləri və hərbi texnika toplayır.

Tacxeber.az xəbər verir ki, bu barədə “Azad İran” kanalı məlumat yayıb.

Məlumatlara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları sözegedən əyalətlərlə İraq sərhədinə çox sayda hərbçi və ağır hərbi texnika toplamaqda davam edir.

Xüsusilə Banə bölgəsində daha çox aktivliyin müşahidə edildiyini bildirən mənbələr SEPAH-ın yerli əhaliyə sərhəd bölgələrindən uzaqlaşmaları barədə xəbərdarlıq etdiyini deyirlər.

Bu, son günlər SEPAH-ın İraqın şimalında yerləşən iranlı kürd təşkilatlarının qərargahlarına dron və artilleriya zərbələri ilə eyni vaxta təsadüf edir.

SEPAH-a bağlı Teleqram kanalında qonşu ölkələrdəki müxaliflərin həmin ölkələrin hökumətləri tərəfindən qovulmayacağı halda İran ordusunun onları birdəfəlik bölgədən  uzaqlaşdıracağı, zərərsizləşdirəcəyi ilə bağlı əməliyyatlar keçirməyə hazır olıduğu haqda bəyanatlar yayılıb.

Oxşar xəbərlər

Türkiyənin vitse-prezidenti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, Şuşaya yola düşüb – Foto

redaktor

Ukraynanın atəşkəs qərarına Peskovdan münasibət

admin

Avro-2024-də 1/8 finala start verilir

admin