22.8 C
Bakı
10 İyun 2026 01:49
CəmiyyətGündəmHadisəSağlamlıq

Əvəz Zeynallı müraciət etdi

Buralarda vəkillərimizdən kim var?

Ankaradayam. Bu gün sözün bütün mənalarında müalicə tam sürəti ilə başladı. Uzun və yorucu analizlər tam yekunlaşdı və bu gündən (əslində dünəndən olmalıydı, problem çıxdı) həkimlər özləri demiş “saldırıya” keçdilər.

Əziz Millətim, vəziyyət çox ciddidir. Düşünmədiyim, təxmin etmədiyim qədər. Müalicə prosedurları bizim ağlımıza gəlməyəcək dərəcədə bahalıdır. Heç bilmirəm sonu nə olacaq? Bu yükün altından çıxa biləcəyikmi?

Daha ciddi problem vaxt məsələsidir. Türkiyədə “oturma izni”ni çox sərtləşdiriblər.  Demək olar ki, mümkünsüz ediblər. Biz “xəstəlik və müalicə” səbəbilə oturum almağı düşünürük. Prosedurlar və tələb olunan sənədlər o qədər çox və mürəkkəbdir ki, bunu bu halımla həll etməyim mümkünsüzdür. Vəkil lazım. Burada – Ankarada, İstanbulda bizə yardım edəcək bir vəkil varmı? Əks halda, 90 gün tamamlanacaq və mən Türkiyədə qala bilməyəcəyəm. Bu da işimizi çoox çətinləşdirəcək. Bax belə…

Allaha əmanət olun!

Əvəz Zeynallı

Tacxeber.com

Oxşar xəbərlər

Sosial şəbəkələrdə təhqirə görə hansı cəzalar gözləyir?

redaktor

19 marşrutun hərəkət sxemi dəyişir

redaktor

Belə nəfəs almaq ağciyərlərə ZƏRƏR VURUR – XƏBƏRDARLIQ

redaktor