11 C
Bakı
25 Mart 2026 16:41
Gündəmİdman

FİFA-dan Mahir Emreliyə şok cəza

Millimizin Zaqreb “Dinamo”sunda çıxış edən hücumçusu Mahir Emreli FİFA tərəfindən cəzalandırılıb.

FİFA-dan Mahir Emreliyə şok cəza

Bu barədə Emrelinin sabiq klubu “Legiya”nın hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski öz Tvitter səhifəsində paylaşım edib.

O bildirib ki, 25 yaşlı hücumçu Polşa klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməlidir. Qadağa Mahir borcunu ödəyənə qədər qüvvədə olacaq.

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında “Legiya”ya keçmişdi. Dekabrda isə “Legiya” fanatları Ekstraklasanın 18-ci turunda “Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücumu zamanı Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna çıxmayan hücumçu Polşa klubundan ayrılaraq “Dinamo”ya keçib. (Qol.az)

Tacxeber.az

Oxşar xəbərlər

Dünyanın ən varlı futbolçuları – Ronaldu və Messidən ÇOX QAZANIRLAR

redaktor

Ermənilər Qarabağda yaşamaq istəyirsə… – Şamil Ayrım

redaktor

Mayk Tayson dişlənmiş qulaq formalı çətənə tərkibli konfetlər İSTEHSAL EDİB – FOTO

redaktor