22 C
Bakı
09 Oktyabr 2026 16:05
Dünya

Paşinyan hər gecə yuxuda Allahşükür Paşazadəni görür

Paşinyan hər gecə yuxusunda Paşazadəni (Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə – red.) görür və hər səhər insanlar üçün məqbul qərarlar verir.

Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni azərbaycanşünas Tatevik Ayrapetyan yazıb.

O, Paşinyanın erməni kilsəsində reformlar keçirmək təklifinə belə reaksiya verib:

“Qarabağ məsələsinin “həlli” bizim üçün Paşinyanın kilsəni kimə “qaytarmaq” istədiyinin parlaq nümunəsidir. O, kilsənin koordinatorluğunu İrəvan qazısına verəcək”.

Qeyd edək ki, son vaxtlar Paşinyanla bütün ermənilərin katalikosu II Qaregin arasında gərginlik pik həddə çatıb və qarışılıqlı ittihamlar səsləndirilib. Paşinyan “kilsəni xalqın ixtiyarına qaytarmağın” zəruri olduğunu bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Qafqaz Müsəlmanları İdarəsinin İrəvan qazılığının fəaliyyəti bərpa edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor