2 C
Bakı
11 Fevral 2026 03:42
CəmiyyətHadisə

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib

Zəhərlənənlərin 9 nəfəri azyaşlıdır.

Naxçıvan şəhərində yerləşən dönərxanada 17 nəfər qidadan zəhərlənib. Bu barədə APA Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir. Məlumata əsasən, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva zəhərlənənlərdən 9 nəfərin azyaşlı olduğunu deyib:

“Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır, iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub”.

 

N.Allahverdiyeva həm də bildirib ki, müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının daha çox olduğu barədə məlumat var:

“Yəni, təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib”.

Qida Təhlükəsizliyi Agentliyindən faktla bağlı araşdırma aparıldığı, nəticələr barədə ictimaiyyətə məlumat veriləcəyi də bildirilib.

APA həm də bildirir ki, bu, son 20 gün ərzində Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Mayın 21-i Naxçıvanda dönərdən 7 nəfər zəhərlənmişdi. (MeydanTV)

 

Tacxeber.com

Oxşar xəbərlər

Müğənni Rəqsanə toyda brilyant üzüyünü itirdi, Moskva polisini ayağa qaldırdı – DETALLAR

redaktor

Həbsdə olan jurnalist Ülviyyə Əli saxlanıldığı Bakı İstintaq Təcridxanasından məktub göndərib.

admin

WhatsApp-da yenilik: Digər proqramların istifadəçiləri ilə ünsiyyət reallaşır

redaktor