Maraqlı

Cərrahlar niyə yaşıl və mavi geyinirlər?

Heç düşünmüsünüzmü ki, əməliyyat otağındakı həkimlər nəyə görə ağ deyil, yaşıl, yaxud mavi rəngli forma geyinirlər?

İlk vaxtlarda tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub. Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri bu rəngdən imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçdi.

Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən həmkarlarının xalatına yönəldərkən ağappaq rəng bir neçə anlıq onu kor edə bilər. Eyni şeyi biz evdən çıxarkən günəşli havada qara baxanda yaşayırıq.

Bəs nə üçün bənövşəyi, ya sarı deyil, məhz yaşıl və mavi? Məsələ burasındadır ki, yaşıl və mavi rəng spektrində qırmızıya əksdir. Əməliyyat zamanı həkimlər məhz qana baxırlar.

Yaşıl və mavi rəng nəinki həkimlərin gözlərini aydınlaşdırır, həmçinin qırımızı rəngə qarşı daha həssas edir. Bu da əməliyyat zamanı səhv ehtimalını azaldır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Çayın xərçəngə səbəb olduğu sübut edildi

redaktor

Avtomobildən 16 kilo ağırlığında zəhərli ilan tapıldı – Foto

redaktor

“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” – MARAQLI + FOTO

admin