Dünya

Maskdan Trampla bağlı ŞOK PAYLAŞIM – “Böyük bombanı atmağın vaxtı gəldi”

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın adı keçmiş maliyyəçi Ceffri Epşteynin cinsi cinayətlər işində hallandırılıb.

Tacxeber.comxəbər verir ki, bu barədə amerikalı sahibkar və milyarder İlon Mask “X” platformasında məlumat verib.

Mask paylaşımında Trampın adının Epşteyn ilə bağlı sənədlərdə olduğunu, bu səbəbdən də bu materialların uzun müddət məxfi qaldığını qeyd edib.

 

“Həqiqətən böyük bombanı atmağın vaxtı gəldi: Tramp Epşteyn sənədlərində var. Onların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi də budur. Xoş günlər, DJT (Donald J. Trump)!”, – Mask yazıb.

Cefri Epşteyn iki dəfə, ən son 2019-cu ilin iyulunda həbs edilib. Həmin ilin avqustunda o, həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb. Epşteyn 2002-2005-ci illər arasında Nyu-Yorkdakı malikanəsində onlarla azyaşlı qızla görüş təşkil etməkdə ittiham olunurdu, onlardan ən kiçiyi 14 yaşında idi.

 

Bu sənədlərdə məşhurların masaj üçün gənc qızları çağırıb, masajın gedişində onları cinsi istismara məruz qoyması yer alırdı.

Məsələnin başqa bir tərəfi isə bu qızlara başqa qızlar gətirməsi üçün əlavə ödənişlər edilərək, piramida sistemi qurulması idi.

Mediada yayılan xəbərlər də göstərir ki, Epşteyn öz şəxsi adasını oxşar məqsədlər üçün istifadə edib. ABŞ daha sonra Epşteyn cinayətlərində iştirak etdiyi iddia edilən insanların siyahılarını dərc etməyə başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Hava kəskin dəyişəcək: Bakıya qış soyuğu gəlir

redaktor

Tbilisidə partlayış – Ölənlər var

admin

Litva və Latviya öz hava məkanını Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsinin üzünə bağladı

redaktor