2 C
Bakı
11 Fevral 2026 02:15
DünyaSiyasət

“MAGA, hardasınız?” Putinin ideoloqu Aleksandr Duqin

Respublikaçı Partiyasında çat böyüyür

Ukrayna Silahlı Qüvvələrinin Rusiya strateji aviasiyasına ağır zərbəsində sonra Putinin ideoloqu Aleksandr Duqin belə bir post paylaşıb:

-MAGA, hardasınız?

Təsəvvür edin, Duqin respublikaçıları(Tramp qanadı) köməyə çağırır və bu çağırışa cavab özünü çox gözlətmədi. Cavabı Trampın və ABŞ ultra-sağın ideoloqu Stiv Bennon verdi, oxuyaq:

Əgər Tramp administrasiyası “Hörümçək toru” əməliyyatı barədə əvvəlcədən məlumatlandırılmayıbsa, Ağ Ev bunu dərhal pisləməli və Ukraynaya bütün dəstəyi dayandırmalıdır. Lindsi Qremə isə deməlidir ki, evə qayıtsın, əks halda geri qayıdanda səni həbs edəcəyik.

Lindsi Qrem bizə deyir: “Ey, Trampı unudun. Mənim Nümayəndələr Palatam və Senatım var. Biz qanun layihəsini qəbul edəcəyik. Bir neçə günə görəcəksiniz”.

Qrem aranı qatır və hər kəsi qızışdırır.

Sitatın sonu.

Görünən odur ki, partiya daxilində eyni zamanda bir neçə savaş başlayıb.

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Tramp azərbaycanlı xanımı inaqurasiyasına DƏVƏT ETDİ – FOTO

redaktor

Ankara-Dəməşq yaxınlaşmasından İran niyə narahatdır? – Rəisi Türkiyəyə gedir

redaktor

Beynəlxalq hüququn fundamental prinsipləri

redaktor