Dünya

Zelenski Putinə çağırış etdi: “Atəşkəsi sabahdan elan edək – liderlər üz-üzə otursun”

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə diplomatik çıxış yolu təklif edib. O, atəşkəsin dərhal elan olunması və liderlər səviyyəsində birbaşa görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Prezident mətbuat konfransında bildirib ki, görüşün yeri və vaxtını Rusiya tərəfi özü seçə bilər, əsas məsələ müzakirənin və qərarların qarşılıqlı şəkildə, şəffaf keçirilməsidir.

 

“Biz təklif edirik ki, görüş bazar ertəsindən başlayaraq istənilən gün baş tutsun. Atəşkəsin əvvəlcədən elan olunması vacibdir. Əgər liderlər görüşəcək və məlum olacaqsa ki, heç bir qarşılıqlı anlaşma, deeskalasiya niyyəti, münaqişəni bitirmək üçün iradə yoxdur, o zaman atəşkəs həmin gün başa çatacaq,” – deyə Zelenski bildirib.

Zelenski əlavə edib ki, əgər görüş nəticəsində tərəflərin dialoqu davam etdirmək niyyəti təsdiqlənərsə, atəşkəsin uzadılması mümkün olacaq. O təklif edib ki, bu prosesi ABŞ nəzarətə götürsün.

“Əgər Rusiya tərəfi uzunmüddətli atəşkəs istəmirsə, biz görüşü sabahdan istənilən gün keçirməyə hazırıq,” – deyə Ukrayna lideri əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Cənubi Qafqazda yeni geopolitik savaş: sülhün taleyi böyük güclərin əlində

redaktor

İranın zərbələri ABŞ-ın regionda istədiyi təhlükəsizlik arxitekturasını gücləndirə bilər

redaktor

Hindistanla münasibətlər strateji tərəfdaşlığa çevrilməlidir

redaktor