Dünya

Qazaxıstandan Rusiyaya böyük zərbə – ABŞ

“Qazaxıstan özünün ilk atom elektrik stansiyasının tikintisini Rusiyanın “Rosatom” şirkətinin əvəzinə Çin Milli Nüvə Korporasiyasına (CNNC) həvalə etməklə strateji seçim etdi. Bu qərar Astananın xarici siyasət əlaqələrini şaxələndirmək, Rusiyadan asılılığı azaltmaq və ikinci dərəcəli sanksiyalardan qaçmaq istəyini əks etdirir”.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Amerikanın təhlükəsizlik və geopolitika sahəsində araşdırmaları ilə tanınan Lansing İnstitutu yazır.

Nəşr qeyd edir ki, Çinin şərtləri iqtisadi və texnoloji baxımdan cəlbedicidir. Çünki CNNC “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində qabaqcıl reaktorlar və əlverişli maliyyə təklif edir.

Məqalədə qeyd olunur ki, “Qazaxıstanın Moskva üzərindən Pekini seçməsi, ölkənin xarici siyasət xəttinə yenidən baxılmasına işarədir və bu, regional dəyişikliyə səbəb ola bilər: Özbəkistan, Argentina və Türkiyə də eyni yolla gedə bilər”.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzza şəhərinə gecə zərbələr endirilib. İsrailin müdafiə naziri: Qəzza yanır

admin

Zelenski: Dostlarımızın birgə gücü ilə Rusiyanı əsl sülhə vadar edəcəyik

redaktor

Telefon asılısı olan gənc 3 ildir evdən çölə çıxmır

redaktor