24 C
Bakı
22 İyun 2025 14:32
Mədəniyyət

Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Füzuli Hüseynov bu barədə Oxu.Az-a açıqlaması zamanı teatr rəhbərliyinin qərarından xəbərsiz olduğunu deyib:

 

“Müdiriyyət necə məsləhət bilirsə, elə də edir. Burada nə var ki? İşə gedim, yəqin, bildirərlər. İşçiyə töhmət verərlər də”.

F.Hüseynov, həmçinin aktyor Əli Nurla aralarında yaşandığı deyilən dava və onun hüquq-mühafizə orqanlarına müraciəti məsələsinə də münasibət bildirib:

“Mən belə bir aktyor tanımıram. Hara istəyir, ora şikayət etsin. Mənim üçün həmin adam maraqlı deyil”.

 

Xatırladaq ki, Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad olunub və ona töhmət verilib. Teatrın yaydığı məlumatda bildirilib ki, bu qərar Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə ilə əlaqədar verilib.

“Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb”, – deyə teatrın açıqlamasında qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Aynur Zurufçu: “Yaqub Zurufçunun həyat yoldaşı olmaq da asan deyildi” – FOTO

redaktor

“Valideynlər uşağı zorla gətirir ki, müğənni olmalıdır”

admin

Deputat “Komedixana”dan yazdı: Bütün sahələrində belə olmalıdır

redaktor