Dünyaİqtisadiyyat

Etibarsız Tramp…

Tramp “Apple” şirkətinin baş direktoru Tim Kuku tənqid edib, onu “Made in India iPhone”lara 25% tarif tətbiq etməklə hədələyib.

 

“Mən çoxdan Apple şirkətinin direktoru Tim Kuka demişəm ki, Amerika Birləşmiş Ştatlarında satılan iPhone-ların Hindistanda və ya başqa yerdə deyil, ABŞ-da istehsalını və yığılmasını gözləyirəm”, – ABŞ prezidenti Truth Social-da yazıb.

“Apple” hələlik susqunluq nümayiş etdirir. Lakin 25%-lik tarif tətbiq olunarsa, bazar üçün nəticələr yüksək olacaq və məşhur smartfonların qiymətləri yəqin ki, bütün dünyada artacaq.

 

Xatırladım ki, “Apple” şirkətinin baş direktoru Tim Kuk Trampı dəstəkləyənlər sırasında idi. Amma görünən odur ki, ABŞ prezidentini belə şeylər ilgiləndirmir. Onunku “soğan olsun, nağd olsun”dur. Bunu yaxşı anlayan ərəblər 400 milyonluq təyyarə hədiyyə etməklə “dostluqlarını rəsmiləşdirdilər”. Bəlkə, Tim müəllim də ağsaqqala “hörmət” etməlidir?..

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər

Hərbi komissar ölü vəziyyətdə tapıldı

redaktor

“Macarıstan Aİ-nin Ukrayna ilə bağlı birgə bəyanatının imzalanmasına veto qoydu” – “Bloomberg”

redaktor

İntensiv diplomatik proses zamanı Tramp Putinə informasiya müharibəsində üstüörtülü dəstək verir

redaktor