2 C
Bakı
11 Fevral 2026 11:37
Hadisə

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb… — VİDEO

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib.

Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.

Bu barədə Türkiyə KİV-i xəbər verir.

Məlumata görə, Adananın Çukurova rayonunda baş verən bu hadisə görənləri heyrətə gətirib. Sosial mediada sürətlə yayılan görüntülər sayəsində şübhəli şəxs Ətraf Mühit, Təbiət və Heyvanların Mühafizəsi Bürosunun qrupları tərəfindən saxlanılıb.

 

Heyvana işgəncə verən və yol hərəkətinə təhlükə yaradan bu davranışa görə şübhəli şəxs barəsində tədbir görülüb. Sürücüyə 1986 Türkiyə lirəsi (43 manatdan çox) məbləğində cərimə kəsilib.

Həmçinin polis tərəfindən saxlanılan iki nəfərin hüquqi prosedurlardan sonra məhkəməyə göndəriləcəyi bildirilib. Hadisə ilə bağlı istintaq davam edir.(Oxu.Az)

Tacxeber.com

Oxşar xəbərlər

Onların sağ qalmaları bir möcüzə idi

admin

Bakıda Olimpiya Kompleksində qətl törədən tanınmış məşqçinin oğludur

redaktor

Heydər Əliyev prospektində daha bir qəza – Taksi aşdı

redaktor