12 C
Bakı
28 Mart 2026 14:49
Cəmiyyət

Durov “WhatsApp”ın hiyləgər planını İFŞA ETDİ

“Telegram”ın yaradıcısı Pavel Durov “WhatsApp”ı “Telegram” kanallarında “Telegram”ı tənqid edən şərhləri pulla almaqda ittiham edib.

 

Sübut kimi o, rusdilli kanallardan iki paylaşımın skrinşotlarını da yayımlayıb.

 

Paylaşımlarda “Telegram” mesenceri “fırıldaqçılıq yaymaqda və reklamları qarışdırmaqda” günahlandırılır, “WhatsApp” isə interfeysdə reklam olmadığı və ödənişli abunə olmadığı üçün “yaxşı” kimi göstərilir.

 

“Rəqiblərimiz çarəsizləşib və “Telegram” kanallarında özlərini reklam etməyə başlayıblar. Bundan əvvəl onlar əsasən Qərb mətbuatında sifarişli məqalələr dərc edirdilər. Onlar bizə qarşı yönəldilən marketinq büdcəsinin milyardlarla vəsaitini innovasiyaya xərcləsələr, daha yaxşı olardı”, – Durov yazıb.

 

O əlavə edib ki, “Telegram” texnoloji cəhətdən “WhatsApp”ı illərlə qabaqlayır. Onun sözlərinə görə, bu boşluq hər ay artır.

Tacxeber.com

Oxşar xəbərlər

Mobil telefondan istifadə qalxanabənzər vəzdə xərçəng yaradır?

redaktor

XİN Laçın yolu ilə bağlı aparılan müzakirələrə münasibət bildirdi

redaktor

Millət vəkili bu nazirliyi tənqid etdi

admin