19 C
Bakı
08 Oktyabr 2026 05:18
Dünya

Paşinyan rəhmətlik Vəzirovu xatırlatdı…-VİDEO

“Gördüm ki, hamamdan istifadə etmirlər, zəhmət olmasa bunu təşkil edin…”

 

Ermənistanın Lori vilayətinin Stepanavan şəhərində 3 nömrəli ibtidai məktəb tikilib istifadəyə verilib.

 

Tacxeber.com “Armtimes” nəşrinə istinadla xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan məktəbə baş çəkib və tamamlanan işlərlə tanış olub.

 

Məlumata görə, erməni hökuməti məktəbin tikintisinə 1 milyard 543 milyon dram vəsait ayırıb.

 

Paşinyan məktəbi gəzərkən hamamdan istifadə edilmədiyini diqqət edib. O bunu məktəb direktoruna irad tutaraq belə deyib:

 

“Gördüm ki, hamamdan istifadə etmirlər, zəhmət olmasa bunu təşkil edin…”

 

P.S. Paşinyanın bu davranışı yadımıza 1988-1990-cı illərdə Azərbaycan rəhbəri olmuş Əbdürrəhman Vəzirovu saldı. O, hakimiyyətdə olduğu dövrdə mütəmadi olaraq Azərbaycanda ümumi hamamların sayının artırılması və evlərdə, binalarda hər bir ailənin hamamla təmin olunmasına xüsusi diqqət edirdi. Deyirdi ki, istəyirəm ki, xalqımız həmişə təmiz olsun. Amma deyilənə görə, mərhum 1-ci katib həm də rüşvətdən və korrupsiyadan təmizliyi nəzərdə tuturmuş…

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor