21 C
Bakı
12 Avqust 2025 04:59
Dünya

Zelenski minerallara dair sazişin detallarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşün 100% mənalı və məhsuldar keçdiyini bildirib.

O, bu barədə çıxışında söyləyib.

“Biz Vatikanda ABŞ prezidenti ilə saziş bağlamağa hazır olduğumuz barədə danışdıq. Əslində, indi biz Vatikan görüşünün ilk nəticəsini əldə etdik ki, bu da onu həqiqətən tarixi edir”, – Ukrayna lideri bildirib.

 

Onun sözlərinə görə, minerallara dair saziş ratifikasiya olunmaq üçün Ali Radaya göndərilib:

 

“Biz sazişlə bağlı gecikmələrin olmamasında maraqlıyıq. Artıq sənəd Ukraynaya sərmayələr üçün imkan yaradan həqiqətən bərabərhüquqlu müqavilədir. Bu, Ukraynada istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi və ondan daha az vacib olmayan ölkəmizdə hüquqi təcrübənin müasirləşdirilməsi ilə bağlıdır”.

 

“Politico” nəşri isə mənbələrə istinadla məlumat yayıb ki, ABŞ və Ukrayna təbii resurslarla bağlı saziş çərçivəsində ümumilikdə üç sənəd imzalanıb.

 

Bundan əvvəl Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko ABŞ ilə minerallara dair sazişin imzalandığını təsdiqləyib. Bu saziş Ukraynaya sərmayə qoyacaq bərpa fondunun yaradılmasını nəzərdə tutur.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada bu gün işindən qovulan nazir evində intihar edib

redaktor

“Kişilər futbola rahat baxmaq üçün mənimlə sevgili olmaq istəyir” – Foto

redaktor

Putinin hədiyyəsi olan “sülh” pişiyi öldü – Foto

redaktor