10 C
Bakı
23 Mart 2026 12:03
Sağlamlıq

Bəzi bitki yağları xərçəngin inkişafını sürətləndirə bilər — Onkoloqdan XƏBƏRDARLIQ

Soya, günəbaxan və qarğıdalı yağında olan linol turşusunun qəbulu ilə aqressiv süd vəzi xərçəngi növü arasında potensial əlaqə aşkar edilib.

Bu barədə onkoloq professor Castin Stebbinq xəbərdarlıq edib. Bu barədə onun rəhbərliyi altında aparılan tədqiqatlardan sonra aydın olub.

Eksperimentlər zamanı bu xəstəliyi olan siçanlar linol turşusu ilə zəngin məhsullarla qidalandırılıb və onların şişlərinin böyüməsi adi qida alan nəzarət qrupu gəmiriciləri ilə müqayisə edilib. Nəticələr göstərib ki, linol turşusu olan bitki yağları ilə qidalanan siçanlarda xərçəng daha sürətlə inkişaf edib.

Professor ehtimal edir ki, insanlarda xərçəng hüceyrələri linol turşusuna oxşar şəkildə reaksiya verə bilər.

Lakin o vurğulayır ki, əldə edilən məlumatlar bitki yağlarından tamamilə imtina etmək üçün kifayət qədər əsas deyil. Sadəcə süd vəzi xərçəngi riski yüksək olan şəxslər onların istifadəsində daha diqqətli olmalıdır.

Professor vurğulayıb ki, xərçəngin profilaktikası və müalicəsində qidalanmanın əsas faktoru bir məhsuldan imtina deyil, tam məhsullardan ibarət balanslaşdırılmış pəhrizdir.

Qeyd edək ki, bitki yağlarından norma çərçivəsində istifadə çeşidlərindən asılı olaraq orqanizmə müxtəlif cür faydalı təsirlər göstərir. Ancaq bu məhsulun faydasını saxlamaq üçün düzgün şəkildə istifadə etməliyik.

Xüsusilə rafinə olunmamış yağlar daha xeyirlidir, onların tərkibində A, E, D vitaminləri, turşular (olein, linolen, araxin, beqen, stearin, palmitin), fosfor, lesitin, xlorofil və digərləri var.

Bitki yağları yüksək antioksidant xüsusiyyətlərə malikdir, bədənin sağlamlığını və gəncliyini qorumağa kömək edir, xroniki xəstəliklərin yaranma riskini azaldır. Bitki yağında olan fitosterinlər bağırsaqda xolesterolun sorulma həcmini azaltmaqla qanda xolesterol səviyyəsini aşağı salır. (Oxu.Az)

Tacxeber.com

Oxşar xəbərlər

Kompüter arxasında 9 saat oturanları demensiya və tez ölüm gözləyir

redaktor

Sellülitin müalicəsi bağırsaqdan başlayır – Həkim

admin

Əzilmiş sarımsaq-zeytun yağını ayaqlarınıza çəkin! Görün nəyə faydalıdır

redaktor