
Bu gün UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
Bununla da bütün yarımfinalçıların adına aydınlıq gəlib.
“Latsio” ilk oyunda məğlub olduğu “Budo Qlimt”i qəbul edib və qələbə qazanıb. Ümumi hesab bərabərləşdiyi üçün penaltilər seriyası oynanılıb və “Budo Qlimt” daha dəqiq davranaraq mərhələ adlayıb. “Mançester Yunayted” 1 həftə əvvəl heç-heçə etdiyi “Lion”a əlavə vaxtda qalib gəlib. “Tottenhem” ilk görüşdə səfərdə bərabərə qaldığı “Ayntraxt”ı üstələyib. “Atletik” isə ötən həftə sülhə razılaşdığı “Reyncers” üzərində qələbə qazanıb.
Ümumi nəticələrə əsasən, “Mançester Yunayted”, “Budo Qlimt”, “Tottenhem” və “Atletik” yarımfinala yüksəlib. Bu mərhələdə “Budo Qlimt” “Tottenhem”lə, “Mançester Yunayted” isə “Atletik”lə üz-üzə gələcək.
Avropa Liqası, 1/4 final, ilk oyunlar
17 aprel
23:00. “Latsio” (İtaliya) – “Budo Qlimt” (Norveç) – 3:1, penaltilər seriyası – 2:3
Qollar: Katellanos, 21 (1:0), Noslin, 90+3 (2:0), Dia, 100 (3:0), Helmersen, 109 (3:1)
Qırmızı vərəqə: Helmersen, 120 (“Budo Qlimt”)
İlk oyun – 0:2
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Lion” (Fransa) – 5:4
Qollar: Uqarte, 10 (1:0,) Dalot, 45+1 (2:0), Tolisso, 71 (2:1) Talyafiko, 78 (2:2), Şerki, 105 (2:3), Lakazet, 110-pen. (2:4), Fernandeş, 114-pen (3:4), Mayno, 120 (4:4), Maquayr, 120+1 (5:4)
Qırmızı vərəqə: Tolisso, 89 (“Lion”)
İlk oyun – 2:2
23:00. “Ayntraxt” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 0:1
Qol: Solanke, 43-pen.
İlk oyun – 1:1
“Atletik” (İspaniya) – “Reyncers” (Şotlandiya) – 2:0
Qollar: Sanset, 45+4-pen; Uilliams, 80
İlk oyun – 0:0
Yarımfinal cütlükləri:
“Budo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) (Qol.az)