Cəmiyyət

Bu dəfə görün kolbasadan nə çıxdı – FOTO

Kolbasa və sosislərlə bağlı xoşagəlməz hallara tez-tez rast gəlinir. Bu dəfə də vətəndaş iddia edir ki, mağazadan aldığı kolbasadan rəngli maddə çıxıb.

 

Tacxeber.com Milli.Az-a istinadən xəbər verir ki, vətəndaşın sözlərinə görə, “Sevimli dad” markasına məxsus kolbasanı iri marketdən alıb. Kolbasanı kəsəndən sonra içindən rəngli maddə çıxıb.

 

Məsələ ilə bağlı şirkətdən bildirildi ki, məhsulun üzərində rəng olan hissənin yalnız fotosu var, digər hissədə isə yoxdur.

 

“Şəkil əsasında rəy vermək düzgün deyil. Əgər şəkilə görə rəy verilirsə, burda ədviyyat toplanıb çox güman. Bunun da qida üçün heç bir zərəri yoxdur”.

 

Mövzu ilə bağlı AQTA-dan bildirildi ki, bu kimi hallarda dərhal agentliyin 1003 qaynar xəttinə müraciət eləsinlər. Fakt araşdırılacaq.

Tacxeber.com

Oxşar xəbərlər

FHN əməkdaşlarının intim videoları ilə bağlı rəsmi açıqlama

admin

Jurnalist Aytac Tapdığa məhkəmədə zorakılıq edildiyi bildirilir

admin

Bakıda vəfat edən şəxsə cərimə yazılıb: BDYPİ-dən REAKSİYA (VİDEO)

redaktor