29 C
Bakı
13 Avqust 2025 12:51
CəmiyyətGündəm

“Tofiq Yaqublunu ölməyə qoymayın”

Səsimi duyurmaq üçün daha nələr edim bilmirəm.
Tofiq Yaqublunu öldürürlər.

 

Təcili mülki xəstəxanaya köçürülməli və həkim nəzarətində olmalıdır.
Sabah hər şey çox gec ola bilər.

 

Buradan Azərbaycan cəmiyyətinə səslənirəm. Tofiq Yaqunlunu ölməyə qoymayın. Nə qədər ki, cəmiyyət Tofiq Yaqublunun azadlığa çıxması üçün israrlı tələb göstərməyib, sabah T.Yaqublu üçün göz yaşı axıtmağın bir faydası olmayacaq.

 

Azərbaycan hakimiyyəti nə qədər Tofiq Yaqublunu dələduzluqda şərləsə də, onun haqda qarayaxma kampaniyası aparsa da heç kimi T.Yaqublunun cinayətkar olduğuna inandıra bilməyib və bilmir də.

 

Tofiq Yaqublu heç bir cinayət törətmədiyi üçün qanunsuz həbsinə etiraz olaraq 17 gündür aclıq edir. Azadlığını tələb edir. Onsuz rejim nə T.Yaqubluya, nə də onun ailəsinə həyat yaşatmayıb. İndi isə onu cismən məhv edir. Bu gün T.Yaqublunun ölümə vadar edilməsinə səssiz qalanları sabah eyni aqibət gözləyir.

 

Nə qədər gec deyil, nə qədər ki, T.Yaqublu sağdır, onun azadlığa buraxılmasını tələb edin.

 

P.S Tofiq Yaqublunun başına bir şey gəlsə, bunun bütün məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərindədir.

Nigar Həzi.

Tacxeber.com

Oxşar xəbərlər

Müqəddəs bilib kondisionerin suyunu içdilər – Foto

redaktor

Sahil Babayevin “Möcüzəli Naftalan” sevdası: Vətəndaşlara ayrılan milyonlar necə yoxa çıxarılır?

redaktor

Qənirə Paşayeva bütün orqanlarını bağışlayıb – “Bu, mənim dünyaya son faydam olar”

admin