20 C
Bakı
10 Oktyabr 2026 00:00
Cəmiyyət

Nura Suri “Azercell”in bu kampaniyasına ETİRAZ ETDİ

Müğənni Nura Suri “Azercell”in ad günü kampaniyasına etiraz edib.

 

Tacxeber.com xəbər verir ki, müğənni “Azercell” tarifinin istifadəçisi olduğu üçün şirkət onun telefonuna hədiyyə olaraq 30GB paketini aktivləşdirməsi üçün mesaj göndərib.

 

Nura Suri “Azercell”in kampaniyasına etirazını bu cür bildirib:

 

“Azercell”, 1 günlük 30 GB hədiyyənizi ehtiyacı olan birinə verin. Pulumla aldığım interneti heç 1 ay ərzində bitirmirəm, sizdə qalır”.

 

Nura Surinin paylaşımına gələn şərhlərdə də “Azercell”ə etirazlar bildirilib:

 

“Bu, rəsmən adamı lağa qoymaq mesajıdır. Ölkədə 7-8 operator olsaydı, digər üç operator at oynatmazdı…”

 

“Bir günlük 30 MG verməsə, bundan hörmətlidir”,

 

“Siz adama pulsuz heç nə verməzsiniz. Çox güman, nömrəyə SMS göndərildiyi üçün bir müddət sonra abunəçi xərcə düşəcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor