32 C
Bakı
12 Avqust 2025 18:06
İdman

“Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?

Son vaxtlar «Qarabağ»a təklif olunan hücumçuların sayı 14-ə çatıb.

 

Tacxeber.com xəbər verir ki, bir çox menecerlər tərəfindən adları təqdim edilmiş ön xətt oyunçularının siyahısının daha da genişlənməsi gözlənilir.

 

Burada Türkiyə, İspaniya, Niderland, Polşa, Belçika, Braziliya, Argentina, Fransa kimi Avropa və dünyanın bir sıra ölkələrinin çempionatında çıxış edən forvardlar yer alır.

 

Artıq onlardan 3-4 nəfərlə təmas qurulub. Qurban Qurbanov irəli zonaya ən azı iki transfer düşünür.

 

Baş məşqçinin niyyəti onlardan birini hücumun sivri ucunda, digərini isə onun arxasında oynatmaqdır.

 

«Köhlən atlar» yanvarda Olavio Juninyonu 5 milyon avro təzminat qarşılığında «Flamenqo»ya satıb. İyunda isə Redon Cica ilə yolların ayrılması gözlənilir.  (Sportinfo.az)

Tacxeber.com

Oxşar xəbərlər

Rövnəq Abdullayev gedir, Rövşən Nəcəf gəlirsə…

admin

Taysonun Paulu şillələməsinin səbəbi – Görüntüsü yayıldı

redaktor

190 milyon dollarlıq döyüşdə Aleksandr Usik Fyurini məğlub etdi.

admin