Ramiz Mehdiyevin məhkəmədə 17 milyon manatı öz zəhmətimlə toplamışam sözü sovet kinosunun şedevr filmlərindən biri olan “İvan Vasilyeviç peşəsini dəyişir” filmindəki stomatoloq obrazı Anton Semyonoviç Şpakı xatırladır.
1970-ci illərin SSRİ standartlarına görə sovet vətəndaşının evinin bu cürə dəbdəbəli olması qəti qadağan idi və belə olanda həmin adamın rüşvət, korrupsiya və qeyri qanuni yollarla əldə etməsinə görə ağır cinayət hesab edilirdi.
Yaponiya istehsalı National RQ-158S çarxlı maqnitofonu, Philips EL3302 kasetli maqnitofonu və portativ idxal kinokamerası və digər bahalı əşyalar o dövr üçün yalnız qeyri qanuni gəlirlər hesabına mümkün ola bilərdi.
Hətta onun məşhur sözü sovet dövründə kasıbların dilində idi :
“Hər şey, hər şey — ağır zəhmətlə qazandığım nə varsa, hamısı məhv oldu!
Bəli, Ramiz Mehdiyev hər şey məhv oldu.” Üç maqnitofon, üç xarici kinokamera, üç yerli portsiqar, zamşa gödəkçə… Üç. Gödəkçə”
Hamısı əlinizdən çıxdı. Xalqın pulunu bax belə yeyənlərin hamısının əlindən hər şey çıxacaq. Bu hakimiyyət dövründə oldu olmadı. Amma çıxacaq!
