DünyaİqtisadiyyatMaraqlı

Batumidəki hadisələrdən sonra boykot: Türkiyədən turlar ləğv olunur

Batumidə keçirilən “Beşiktaş”–“Hapoel Beer-Şeva” oyununda azarkeşlərə polis müdaxiləsindən sonra Türkiyənin bir sıra turizm şirkətləri Gürcüstana səfər proqramlarını dayandırdıqlarını açıqlayıblar.

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rize və Trabzonda fəaliyyət göstərən şirkətlər arasında da Batumi turlarını ləğv edənlər var. “Gözdem Burak Turizm” Gürcüstan və Batumi üzrə bütün tur proqramlarını, “Gezi Trabzon Turizm” isə Batumi səfərlərini növbəti açıqlamayadək dayandırıb.

Rize Ticarət və Sənaye Palatası da dekabrın 4–6-da Batumidə keçirilməsi planlaşdırılan sərgiyə qatılmayacağını bildirib.

Gümüşhanedəki “Jova Tur”, “Canca Tur” və “Gümüş VIP Tur” şirkətləri isə ilin sonunadək planlaşdırılan Batumi turlarını ləğv ediblər. “Canca Tur” əvvəlcədən ödəniş edən müştərilərin pullarının tam qaytarılacağını açıqlayıb.

Şirkətlər qərarlarını azarkeşlərə münasibətə etirazla əsaslandırırlar. Gürcüstan Daxili İşlər Nazirliyi isə müdaxiləni ictimai asayişin pozulması ilə izah edir və hadisələrin Fələstin bayraqlarına görə başladığı barədə iddiaları rədd edir.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İran MDB-yə qoşulmur, amma… “MDB+1” nədir və Tehran bundan nə qazanacaq?

redaktor

Kremlin gənclik eliksiri: Putin, qocalan meymunlar və ölməzlik axtarışı

redaktor

Tramp Putini niyə dostu adlandırdığını izah etdi

redaktor