CəmiyyətHadisəQalmaqal

Qaxda kilsəyə giriş mübahisəsi: etnik gürcülər məbədə buraxılmadıqlarını bildirirlər

Noyabrın 23-də Müqəddəs Georgi bayramı münasibətilə Qax rayonundakı Kürmük məbədini ziyarət etmək istəyən pravoslav dindarların qarşısının polis tərəfindən alındığı bildirilir.

Tacxeber.com AzadlıqRadiosuna istinadən xəbər verir ki, Gürcüstanın “Dedoplistskaro” televiziyasının yaydığı görüntülərdə əllərində şam tutan insanların məbədə aparan yolun başlanğıcında toplaşaraq etiraz etdikləri görünür. Televiziya yolun arxeoloji qazıntılar səbəbindən bağlandığını bildirib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə məhdudiyyəti abidənin qorunması və ziyarətçilərin təhlükəsizliyi ilə izah edib. Onun sözlərinə görə, ərazidə tədqiqat və konservasiya işləri aparılır, işlər başa çatdıqdan sonra ziyarətlər əvvəlki qaydada davam edəcək.

Tədqiqatçı Cavid Əsədov isə dindarların məhz bayram günü məbədə buraxılmamasının suallar doğurduğunu bildirib. AzadlıqRadiosunun noyabrın 24-də yayımladığı materialda qeyd olunur ki, Daxili İşlər və Mədəniyyət nazirliklərindən, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən sorğulara cavab almaq mümkün olmayıb.

Kürmük məbədi ənənəvi olaraq ildə iki dəfə — mayın 6-da və noyabrın 23-də bayram ziyarətlərinə açılırdı. Bu ilin mayında məbəddə Kürmükoba bayramı keçirilib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Aparıcı Firuzə Cəlilovanın bağ evi ilə bağlı iddialara DİN-dən açıqlama.

admin

“Beşiktaş” oyunundakı hadisələrdən sonra 16 nəfər saxlanılıb — Gürcüstan açıqlama verib

admin

Ronaldonu vida oyununa razı salmaq üçün Səudiyyə Ərəbistanına səfər?

admin