İqtisadiyyat

Zəngəzur dəhlizi

Bilirsiniz mənə ən çox nə maraqlıdır, Zəngəzur dəhlizi ilə bağlı?

Bu dəhlizin iqtisadi potensialının necə reallaşdırılacağı, hansı iqtisadi model əsasında fəaliyyət göstərəcəyi.

ABŞ və Ermənistan arasında yaradılan, nəzarət səhm paketi ABŞ-a məxsus olacaq TRIPP Development Company şirkətinin fəaliyyəti bu baxımdan xüsusi maraq doğurur.

Bir sıra məsələlər artıq məlumdur, bəzi siyasi məsələlərdə qismən aydınlıq var, amma iqtisadi baxımdan detalları maraq doğuran xeyli suallar var.

Məsələn, Dəhlizin ayrı-ayrı infrastruktur komponentlərinə nə qədər investisiya qoyulacaq?
Və ya İnvestisiyaların hansı hissəsi dövlət, hansı hissəsi özəl sektor hesabına maliyyələşdiriləcək?
Ayrı-ayrı infrastruktur obyektlərinin tikintisi və istismarı hansı kommersiya şərtləri əsasında həyata keçiriləcək? Dəhlizdən istifadə tarifləri hansı prinsiplər əsasında müəyyənləşdiriləcək? İllər üzrə yük və sərnişin daşımalarının real proqnozları necədir? Layihənin rentabelliyi və investisiyaların geri dönüş müddəti necə hesablanır? Dəhlizin digər regional nəqliyyat marşrutları ilə müqayisədə qiymət və zaman üstünlükləri nə qədər olacaq?

Elektrik enerjisi, neft və qaz nəqli, fiberoptik rabitə infrastrukturu üzrə hansı konkret kommersiya layihələri reallaşdırılacaq? Dəhlizin fəaliyyəti İran və Gürcüstan üzərindən keçən mövcud və perspektiv tranzit marşrutlarının iqtisadi səmərəliliyinə necə təsir göstərəcək?
Ayrı-ayrı ölkələrin, investorların və daşıyıcı şirkətlərin bu layihədən əldə edəcəkləri iqtisadi dividendlər nə qədər olacaq?

Suallar çoxdur. Daha da artıqmaq olar. Çünki, Zəngəzur dəhlizi nəqliyyat məsələsilə bitməyək. O özündə çoxsaylı infrastruktur və investisiya layihələrini birləşdirən irimiqyaslı regional iqtisadi proqramdır. Son nəticədə isə iqtisadi cəhətdən dayanıqlı, rəqabətqabiliyyətli və işlək bir mexanizm formalaşmalıdır.

Düşünürəm ki, bu suallar analitik mərkəzlər və elmi tədqiqatla məşğul olanlar üçün də maraqlı mövzulardır. İllərdir bir-birinə bənzəyən mövzularda elmi məqalələr və dissertasiyalar yazmaqdansa, aktual iqtisadi prosesləri, onların inkişaf perspektivlərini və mümkün nəticələrini tədqiq etmək daha faydalı olmazmı? Bunun üçün layihələrin başa çatmasını gözləməyə də ehtiyac yoxdur. Alternativ inkişaf ssenarilərinin hazırlanması, iqtisadi potensialın və mümkün risklərin qiymətləndirilməsi özü ciddi elmi tədqiqat mövzusudur.

 

Eldəniz Əmirov

Tacxeber.com

Oxşar xəbərlər

Avropada “yeraltı bank” şəbəkəsinə əməliyyat: 12 ölkədə axtarış, 21 həbs

admin

Norveç aviaşirkətində böhran: səhmlər 85 faiz ucuzlaşıb, reyslər ləğv olunur

admin

Ev təsərrüfatlarının uçotunda əsas risk məlumatların obyektivliyinin təmin edilməməsidir

redaktor