Hadisəİdman

“Sabah” – “Barselona” oyununda azarkeş vəfa etdi

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

Tacxeber.com  “Teleqraf”a istinadən xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.
İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.

Oxşar xəbərlər

Azərbaycanın qədim yaşayış məskənində qeyri-adi anbar kompleksi aşkarlanıb

admin

“Le Monde”: “Thales”in Azərbaycan müqavilələri Fransada araşdırılır

admin

ABŞ Konqres Kitabxanasında “İrəvan” kitablarının təqdimatına etiraz

admin