DünyaMuharibə

İraqda nə baş verir?

İraq hökuməti Babildə Kətaib Hizbullahla məlum qarşıdurmanı həll etdikdən (qarşılıqlı anlaşma əldə olundu) sonra hazırda iki əsas istiqamətfə hərəkətlilik var.

Birincisi, İraq hökuməti elan etdi ki, bundan sonra sərhədləri ordu deyil, sərhəd xidməti (sərhəd polisi) qüvvələri mühafizə edəcək, eyni zamanda ordu böyük səhərlərdən çıxacaq, əsasən şəhər kənarında və kazarmalarda yerləşəcək. Bununla asayiş polis və təhlükəsizlik xidməti tərəfindən təmin olunacaq, ordunun isə təlim üçün vaxtı olacaq.

İkincisi, kürd muxtariyyəti ərazisində sərhəd mühafizəsi İraq dövlətinin müvafiq qurumlarına veriləcək. Yəni sərhəd İraq mərkəzi hökuməti tərəfindən mühafizə olunacaq, kürd muxtariyyəti qüvvələri olmayacaq.

İraqın Baş naziri Əli əl-Zeydi İraq Kürdüstanında İranla sərhəd boyunca hökumət qüvvələrinin yerləşdirilməsini planlaşdırdığını açıqlayıb. Hökumətin bu ərazidə neft hasilatı və ixracına nəzarəti ələ keçirmək cəhdləri isə kürd tərəfinin etirazı ilə qarşılanıb.

Bundan sonra İraqın ali məhkəməsi hökumət qüvvələrinin sərhəd bölgələrinə nəzarəti ələ keçirmək səlahiyyətinə malik olduğuna dair qərar çıxarıb.

Peşmərgə İraq hökümətinə qarşı administrativ sərhədlərdə əlavə səngərlər qazır və yeni hərbi hissələr yaradır

Bafal Talabani bildirib ki, “İraq hökümətinin tələblərini qəbul etməyəcəyik. İraq birlikləri İraq Kürdistanına daxil olmayacaq”.

 “Kürdüstan Regional Hökumətinin (KRH) Terrorla Mübarizə Qüvvələri açıqlamasında:

Kürdlərin və Peşmərgə qüvvələrinin Bəəs rejiminin süqutundan əvvəlki sərhədlərə və mövqelərə – yaxud 36-cı paralelin müəyyən edilməsindən əvvəlki xətlərə – qayıtmasını tələb edənlər, əvvəlcə özləri 2003-cü ildən əvvəl sahib olduqları yerlərə və mövqelərə qayıtmalıdırlar.

Əgər meyar rejimdən əvvəlki dövrə qayıtmaqdırsa, o zaman onların indiki İraqda heç bir yeri və ya dayaq nöqtəsi qalmayacaq. Biz vətənimiz Kürdüstanı qarış-qarış müdafiə edəcəyik”.

İraq ordusu ağır texnika ilə Kərkükə daxil olub və hazırda Peşmərgənin nəzarətində olan neft yataqlarını geri almaq üçün Zaididən əmr gözləyir.

Peşmərgə qüvvələri də mübahisəli ərazilərə yerləşdirilib. Amerika Birləşmiş Ştatları Zaidinin əməliyyat və hərəkətlərini dəstəklədiyini bəyan edib. İraq Kürdistanında regional idarəetməsi isə əlavə qüvvələr cəlb edir.

 

Fərhadı Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Uşaqlara seksual məzmunlu mesajlar iddiası: “Apple” məşhur süni intellekt tətbiqini silib

admin

Qərbyönlü Ermənistan, Moskvaya yaxın Gürcüstan, milli hakimiyyət Azərbaycanda. Bəs nəticə?

redaktor

Avropada “yeraltı bank” şəbəkəsinə əməliyyat: 12 ölkədə axtarış, 21 həbs

admin