Bild və Rheinische Post kimi media orqanların verdiyi məlumata görə, Almaniyada təxminən 450 məktəbə bomba partlayış təhdid məktub, e-mail siqnalları, partlayış hədələri göndərilib.
“Təhdidlər ölkə içindəki təxmini 450 məktəbə elektron poçtla göndərilib”, ölkə polisi bildirib. Məlumata görə, məktublarda Almaniya dövlət siyasətində, hökumətindən dəyişiklik və şəriət qanununun tətbiqi tələb olunur, ölüm təhdidləri edilir və “Allahu Əkbər” sözləri ilə bitir. Polisin məlumatına görə, bütün məktəblərə eyni mətn göndərilib. Təhdidlərin həqiqiliyi təsdiq olunur.
Cinayət işi başlanıb, əməliyyat axtarış aparılır. Bir çox hallarda məktəblər şagirdləri dərhal evə göndərib. Təbii ki, məktəb, müəllimlər, valideyn körpə uşaqlara görə narahatdırlar, hər şey olar.
Nə qədər alçaq olasan ki, cəmiyyət zəncirinin ən kövrək, ən həssas həlqəsini məktəbi, uşağı təhdid, qorxuda qoyasan! Hünər, kişiliyin çatır, get polisi, xüsusi xidməti et də, təhdid. “Allahu Əkbər”i də ediblər ölüm kabusu, eşidən qorxur. Bəladır, bu aqressiv, dini radikalizm hər yerdə!
