Müsavat Partiyasının başqanı İsa Qəmbər Berlində keçirilən beynəlxalq konfransa getmək istəyərkən ölkədən çıxışına icazə verilmədiyini bildirib.
Tacxeber.com AzadlıqRadiosuna istinadən xəbər verir ki, siyasətçi bu barədə noyabrın 21-də məlumat yayıb. Onun sözlərinə görə, həmin gün gecə saat 04:00-a təyyarə bileti olsa da, hava limanında səfərinə maneə yaradılıb.
“Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər”, — İsa Qəmbər yazıb.
Müsavat başqanı ölkədən çıxışına hansı hüquqi əsasla məhdudiyyət qoyulduğunun ona məlum olmadığını vurğulayıb.
AzadlıqRadiosunun məlumatına görə, xəbərin dərc olunduğu vaxt Dövlət Sərhəd Xidmətindən və digər aidiyyəti qurumlardan məsələyə rəsmi münasibət almaq mümkün olmayıb.
