ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin münaqişədən çıxış yolu tapmasına kömək etməyə çalışır. O, həmçinin qeyd edib ki, Putin və Zelenskinin qarşılıqlı düşmənçilik münasibətləri var və onlar mövcud vəziyyəti həll edə bilmirlər.
“Düzünü desəm, buna necə son qoyacağını bilməyən iki nəfər var. Biz onlara kömək etməyə çalışırıq. Bir-birindən nifrət edən iki nəfər var — Zelenski və Putin. Onlar buna necə son qoyacağını bilmirlər, ona son qoymaq istəyirlər və hər ikisi də orada ilişib qalıblar. Əslində, bu, dəhşətli bir müharibədir. Düşünürdüm ki, bunu dayandırmaq ən asan ola bilər, amma bu, xarakter məsələsidir. Düşünürəm ki, bitəcək, amma palçığa ilişib qalmış iki nəfər var — tankları kimi”, — Tramp deyib.
