Rusiya Prezidenti Vladimir Putin ukraynalıları ortaq gələcək naminə Rusiya ilə güclərini birləşdirməyə çağırıb. O, bu açıqlamanı Birinci Kanalın “Bizim Vəftizimiz. Primat” sənədli filmi üçün Emir Kusturitsa ilə müsahibəsində verib.
“Demək istərdim ki, bizim tərəfimizə gəlin, çünki bu, bizim ortaq tərəfimizdir. Ortaq tərəfimizə, tarixin doğru tərəfinə gəlin”, – deyə Putin bildirib.
Onun sözlərinə görə, Qərb “parçala və hökmranlıq et” prinsipi ilə hərəkət edir, Rusiyanı zəiflətməyə, parçalamağa və öz maraqlarına tabe etməyə çalışır.
Putin həmçinin ukraynalıları övladlarının gələcəyi barədə düşünməyə çağıraraq bildirib ki, millətçilər Kiyevdə hakimiyyəti ələ keçiriblər və “nifrət sizi uzağa aparmayacaq”.
